Əgər həyatının bu məqamına heç kimə heç nədə borclu olmadan çatmısansa, doğrudan da, uzağamı getmisən?
Həyatda cürbəcür olur. Sənin dostların sənin ruhunu qaldıra da bilər, sənı dəlilik dərəcəsinə çatdıra da bilər. Və bu iki cəhətin arasında çox nazik bir xətt var.
"Grant"ın videosunun qəhrəmanı iki dostu tərəfindən dəstəklənir, amma onlar hətta daşı da hövsələdən çıxara bilərlər. Əlbəttə ki, onlar biri birinə çox bağlıdırlar, amma onların həyat üzrə səyahəti qəribə və macəra ilə doludur. Onlar əllərindən gələni edirlər ki, biri birinə yardımçı olsunlar, amma nəticələr çox xaotik alınır.
Qəribəsi odur ki, nəcürsə axırı həmişə hər şey müsbətə tərəf yönləndirilir. Yəqin, ona görə ki, niyyətləri dürüstdür və hər şey təmiz qəlbdən gəlir.
"Grant" Viskidən #İOU ("Sənə Borcluyam") sonuncu reklam kampaniyası çox düşünülmüş bir addımdır və brendin dostlar birgə olmalıdır konsepsiyasına tam uyğundur. Kampanıyanın konsepsiyası digər içki reklamlarından çox fərqlənir və gecə əyləncələri, cazibədar qızlar və buna bənzər mövzulardan uzaqdır.
Hər şey dostluq barəsində və dostluq uçündür və hər kəs öz həyatından buna bənzər nəsə yada sala bilər.
Klipdə Whitey-nin saundtreki istifadə olunub. Bu adlı musiqiçi məşhur TV serialları "Breaking Bad" və "Sopranos"un uğurlarında iştirak edib.